Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən atmosferə atılan tullantıların minimuma endirilməsi, mövcud standartlara cavab verən qurğuların quraşdırılmasının yoxlanılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq və araşdırmalar aparılır. 

Unikal.org xəbər verir ki, keçirilən monitorinqlər zamanı şadlıq saraylarından 22-nin ətraf ərazilərindən analiz aparılması üçün hava nümunələri götürülüb.

Analizlərin nəticələrinə əsasən 19 şadlıq sarayında atmosfer havasına atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib. Faktla bağlı akt və protokol yazılıb, cərimələr tətbiq edilib. Mövcud standartlara cavab verən qurğuların quraşdırılması məqsədilə şadlıq saraylarının rəhbərlərinə icrası məcburi olan müddətli "məcburi göstəriş verilib.

Aparılan araşdırma və monitorinq zamanı yalnız "Okean, "Park Palace, "Kiparis şadlıq saraylarında təmizləyici qurğunun quraşdırıldığı məlum olub.

Hazırda digər ictimai-iaşə obyektlərində monitorinq və araşdırmalar davam etdirilir.