ATV telekanalında yayımlanan "Bizimləsən verilişinin yardımı ilə tapılan Nuriyyə şok açıqlamalar verib.
Unikal.org xəbər verir ki, Nuriyyə bir müddət əvvəl oğlu ilə birlikdə evdən qaçıb. Proqrama gələn qadının atası tərəfindən zorlandığı ortaya çıxıb. Nuriyyənin sözlərinə görə, bu haqda anasına və bacısına məlumat versə də, heç kim ona inanmayıb. Buna görə də Nuriyyə ailə üzvlərini heç vaxt bağışlamayacağını bildirib.