Azərbaycan Dillər Universitetində (ADU) Magistratura şöbəsinin təşkilatçılığı ilə Xarci İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva ilə görüş təşkil olunub.
Unikal.org xəbər verir ki, əvvəlcə qonağı universitetin tədris işləri üzrə prorektoru professor Əfqan Abdullayev qəbul edib. Görüşdə qarşılıqlı faydalı əməkdaşlıq və gələcək prespektivlər haqqında müzakirələr aparılıb.
Sonra universitetin Ulu öndər Heydər Əliyev adına lektoriyasında ADU tələbələri ilə Leyla Abdullayevanın görüşü keçirilib. XİN-nin rəsmisi Azərbaycanın müstəqillk illərində əsasının Ümumilli Lider tərəfindən qoyulduğu fundamental xarici siyasət haqqında danışıb, beynəlxalq müstəvidə Azərbaycanın mövqeyi və rolundan bəhs edib.
Azərbaycan Dillər Universitetində olmaqdan məmnunluğunu bildirən L.Abdullayeva tələbələri Xarici İşlər Nazirliyinə dəvət edib.
Sonda tələbələrin sualları cavablandırılıb.