Prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Sahib oğlu Abdullayevi doğum günü münasibəti onu "Şöhrət ordeni ilə təltif edib.
Unikal.org xəbər verir ki, prezident bununla bağlı sərəncam imzalayıb və sənəddə deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Fərhad Sahib oğlu Abdullayev "Şöhrət ordeni ilə təltif edilsin".
Qeyd edək ki, Fərhad Abdullayev 5 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olub. 25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri vəzifəsinə təyin edilib.