Bu gün Abşeron rayonunun Məmmədli kəndində növbəti kütləvi ağacəkmə
aksiyası keçirilib.
Unikal.org xəbər verir ki, Abşeron rayonunun yaranmasının 55 illik yubileyinə
həsr olunmuş aksiyada İcra
Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun fəal gəncləri və kənd
sakinlər iştirak ediblər.
Aksiya çərçivəsində 3000 ədəd müxtəlif
növ həmişəyaşıl ağac və xan çinarları əkilib. Əkilən ağaclara üzvi gübrə
verilərək suvarılıb.
Ümumilikdə isə cari ildə rayonun kənd və qəsəbələrində 61 min ağac və gül kolları əkilib.
Ümumilikdə isə cari ildə rayonun kənd və qəsəbələrində 61 min ağac və gül kolları əkilib.