Dekabrın 6-da Azərbaycanda rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin peşə bayramıdır.

Unikal.org xəbər verir ki, bununla əlaqədar olaraq rabitə və yüksək texnologiyalar sahəsi işçiləri dekabrın 6-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn rabitə və yüksək texnologiyalar sahəsi işçiləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər qoyublar.