Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) "Marketinq kafedrasının müdiri Elmira Qocayeva və "Biznes idarəçiliyi fakültəsinin dekan müavini İlahə Əliyeva Dimitr Apostolov Tsenov adına İqtisadiyyat Akademiyasının təşkilatçılığı ilə Bolqarıstan Respublikasının Sviştov şəhərində keçirilən "Biznesin inkişaf imkanları, iqtisadi, idarəetmə və sosial aspektlər adlı beynəlxalq elmi-praktik konfransa qatılıblar. 

Unikal.org xəbər verir ki, Moldova, Polşa, Rumıniya, Misir, Rusiya və sair ölkələrin alim və mütəxəssəslərinin qatıldığı beynəlxalq tədbirdə ATMU-nun əməkdaşları E Qocayeva və İ. Əliyeva "Davamlı iqtisadi inkişaf prosesində Azərbaycan Respublikasında sahibkarlığın inkişafı mövzusunda məruzə ediblər.