Dekabrın 6-da Nərimanov rayon təsərrüfatının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığının yekunu, qış aylarında rayonun təsərrüfat xidmətlərinin qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Unikal.org xəbər verir ki, iclasda Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Coşqun Cəbrayılov və Şəhər təsərrüfatı, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev, Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, rayonun kommunal xidmət təşkilatlarının rəhbərləri, Rayon Bələdiyyəsinin sədri, təhsil, səhiyyə, həmçinin digər idarə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbirdə rayon təsərrüfatının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılıb.
Tədbiri Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev giriş sözü ilə açaraq, dövlətimizin başçısı İlham Əliyevin rəbərliyi ilə ölkəmizin inkişafı və tərəqqisi naminə həyata keçirilən köklü islahatlar, geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışıb, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon təsərrüfatında görülən işlərin vəziyyəti, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.
Qeyd olunub ki, mövsümə hazırlıqla əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətində xüsusi Qərargah yaradılıb, Tədbirlər Planı təsdiq olunub. Eyni zamanda, rayonun idarə və müəssisələrdə, kommunal xidmət təşkilatlarında da mövsümə hazırlıqla bağlı tədbirlər planları hazırlanıb.
Sonra Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Elçin Həşimov çıxış edərək, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tədbirlər planına uyğun görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barədə məlumat verib.
Müşavirədə qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvlərinin,rayonun təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı nəzərə çatdırılıb, hər hansı ciddi hal yaranarsa onun dərhal aradan qaldırılması məqsədi ilə operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayondakı kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, işçilər arasında xüsusi iş qrafiki təsdiq olunub.
Müşavirədə, həmçinin rayonda yaşayış binalarının dam örtüklərinin, blokların təmiri, ümumi istifadə yerlərinin şüşələnməsi, abadlıq işlərinin həyata keçirilməsi, sakinlərin istifadəsi üçün yeni abad məhəllələrin yaradılması ilə bağlı məsələlərə toxunulub, eyni zamanda payız-qış mövsümündə baş verə biləcək fövqəladə hallara qarşı preventiv tədbirlərin həyata keçirilməsi, yaşayış və qeyri-yaşayış obyektlərində istiliklə bağlı problemlərin, ümumiyyətlə, yarana biləcək hər hansı bir çatışmazlığın aradan qaldırılması və digər bu kimi məsələlər müzakirə olunaraq, onların həlli və bütün bu işlərə digər qurumlarla əlaqəli surətdə nəzarətin təmini ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib, rayon sakinlərinin rahatlığının təmini məqsədilə müvafiq tədbirlərin yüksək səviyyədə həyata keçiriləcəyi vurğulanıb.
Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri Coşqun Cəbrayılov və
Ayaz Hüseynov, Bakı şəhər MKTD-nin rəisi Rəfail Mehralıyev çıxış edərək
şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin
edilməsi üçün zəruri işlərin həyata keçirilməsinin, görüləcək işlərə
nəzarətin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Çıxışlarda bütün
təsərrüfat xidmətlərində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin
BŞİH-də bu istiqamətdə fəaliyyət göstərən Qərargahla əlaqəli şəkildə,
təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq görülməsinin
məqsədəuğunluğu barədə tövsiyyə və tapşırıqları diqqətə çatdırılıb.