ATMU-nun Azərbaycan-Avstriya Turizm Proqramı (AATP) çərçivəsində ikili diplom proqramı üzrə təhsil alan tələbələrdən Ləman Axundova, Məryəm Abutalıbova və Səbinə Muxtarova Avstriyanın İMC Krems Tədbiqi Elmlər Universitetində ənənəvi təşkil olunan "Beynəlxalq Həftə" sərgisində ölkəmizi layiqincə təmsil ediblər.

Unikal.org xəbər verir ki, Azərbaycana aid guşədə tamaşaçılara ləziz təamlar, suvenirlər, ATMU-ya və ölkəyə dair broşurlar və müxtəlif çap məhsulları nümayiş etdirilib.

ATMU tələbələrinə hər zaman dəstək olan ölkəmizin Avstriyadakı (Vyana) səfirliyinə təşəkkürlərlərimizi bildiririk!

Mübadilə proqramının iştirakçısı olan tələbələrimizə isə təhsil və gələcək peşəkar fəaliyyətlərində uğurlar diləyirik.