Azərbaycanın televiziya kanallarının xəbər-informasiya proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin fonetik normasının pozulması faktları, tələffüz zamanı etdikləri səhvlər açıqlanıb.

Unikal.org-un xəbərinə görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında Milli Televiziya və Radio Şurasının apardığı monitorinqlərin nəticələri haqqında hesabatda bildirilib ki, "Space televiziya kanalında yayımlanan "Hər gün verilişinin aparıcısı Fərqanə Səfər sözlərin tələffüzü zamanı "Hər vaxtınız xeyirli [xeyirri] olsun dəyərli [dəyərri] izləyicilər [izdəyicilər], "Tənzimlənməsi - [Tənzimləmməsi], "Məksədilə- [Məksədiynən], "İşləri ilə- [İşləriynən], "Qanlı- [Qannı], "Abonentlərə- [Abonentdərə], "Məhdudiyyətlər- [Məhdudiyyətdər], "Dünyə "[dünya], "Xəbərləri ilə [xəbərrəriynən] və s. kimi səhvlər edir.

"Hava xəbərlərinin aparıcısı Aytən Süleymansoy tələffüzü zamanı "Timperatur- [temperatur], "Təşkil edəcəy- [təşgil edəcəxʹ], "Sporsorluğiylə- [Sporsorruğuynan], "İzliyirsiniz-[izdiyirsiz] və s. kimi səhvlər edir.

"Hər gün verilişinin digər aparıcısı Könül Quliyeva tələffüzü zamanı "axşam saatlarında - [sa:tdarında], "ölümlə - [ölümnən], "təfərrüatları - [təfərrüatdarı], "faktla - [faktnan], "silahlarla - [silahlarnan], "yaşlı- [yaşdı], "sonra-[so:ra], "oyuncağ-[oyuncax], "Dövlət [dö:lət], "Yaranmasının [yarammasının], "Fərqləndiklərinə [fərkləndixʹlərinə], "bəha:nə imiş [bəha:nəymiş], "şiddətli [şiddətdi] və s. kimi səhvlər edir.

"Hər gün verilişinin digər aparıcısı Elvin Basqallı tələffüzü zamanı "Logistika-[lagistika], "Sakinləri-[sakinnəri], "Valideynlər-[valideynnər], "Birləşmiş Ştatların-[ştatdarın], "CNN-Sineen -[SieNeN], "İş adamları üçün - [adamlarıyçün], "Pasportlarda-[pasportdarda], "Qanla-[qannan], "Bıçağlıyaraq - [bıçaxlıyarax], "Yatağxanada-[yataxxanada], "Yanığ-[yanıx], "Yaşayan-[yaşıyan], "Təfərrüatları-[təfərrüatdarı], "Küçəyə-[küçiyə], "lənkəranlı [lənkərannı], "mal-qaraya [mal-qarıya] və s. kimi səhvlər edir.

"Lider televiziya kanalında yayımlanan "Səda verilişinin aparıcısı Aynurə Vəliqızı tələffüzü zamanı "Cəbhə boyu [Cəbhəboyu], "Xa:ci [xarici], "Mövlüd [mövlud], "Gündəlikdə [Gündəlixʹdə], "Ame:ka [Amerika], "Qa:dının [qadının], "Atəşkəş [atəşkəs], "Ya:rış [yarış] və s. kimi səhvlər edir.

"Səda verilişinin digər aparıcısı Sevinc Süleymanova tələffüzü zamanı "Yeddi [yetdi], "Anjeʹy Kapişek [Aʹnjey Kapişek ] və s. kimi səhvlər edir.

"Səda verilişinin digər aparıcısı Günel Ramazanlı tələffüzü zamanı "Gərək [gərəxʹ], "Keşik [keşixʹ], "Karakısda [karakasda] və s. kimi səhvlər edir.

"Səda verilişinin digər aparıcısı Leyla Mehdiqızı tələffüzü zamanı "gərginlik [gərginlixʹ], "metıdını [metodunu], "sinoptikləʹr [sinopʹtiklər], "tufanın [tu:fanın ] və s. kimi səhvlər edir.

"ATV televiziya kanalında yayımlanan "ATV xəbər verilişinin aparıcısı Lalə Azərtaş tələffüzü zamanı "Dövlət [dö:lət], "Sərəncamıyla [sərəncamıynan], "Aşəğ [aşıx], "Şöhrət ordeni ilə [ordeniynən], "Ümumiyyətlə [ümumiyyətnən], "İlham Əliyevlə [Əliyevnən], "Onlardan [onnardan], "Gücləndirilmiş [güjdəndirilmiş],"Dövlət Agentliyinə [Agentdiyinə], "Nazirliyinə [nazirriyinə], "Xəsənovanın [Həsənovanın ], "İlliy [illixʹ], "Həsr olunmuş [olummuş], "Tədbirlər [tədbirrər], "Hazırlayıb [hazırrıyıp], "Sonra [sora], "Bizimlə [bizimnən], "İzliyə [izdiyə], "İkigünlük [ikigünnüxʹ] və s. kimi səhvlər edir.

"ATV xəbər verilişinin digər aparıcısı Pərvin Əsgərli tələffüzü zamanı "Dəstək [dəstəxʹ], "əməkdaşları [əməxʹdaşdarı], "qoşunların [qoşunnarın], "gözlənilir [gözdənilir], "mərkəzlərin [mərkəzdərin], "çətinliklər [çətinnixʹlər], "fatoqraflar [fotoqraflar] və s. kimi səhvlər edir.

"ATV xəbər verilişinin digər aparıcısı Ceyhun Səfər tələffüzü zamanı "Xeyirli [xeyirri], "Yerli [yerri], "Onlarla [onnarnan], "Buynuzlu [buynuzdu], "Kəsməy [kəsmək], "Gömrük [Gömrüxʹ], "Güjlü [güjdü], "Çənəyə [çəniyə], "Ama [amma], "Sonra [so:ra] və s. kimi səhvlər edir.

"İdman verilişinin digər aparıcısı İlkin Fikrətoğlu tələffüzü zamanı "Oyunlara [oyunnara], "Kənarlaşdıran [kənarraşdıran], "Hesabıyla [hesabıynan], "Bəra:bərliylə [bəra:bərrixʹnən], "Fənərbaxça [Fənərbağça], "Azarkeşlərini [azarkeşdərini] və s. kimi səhvlər edir.

"İTV televiziya kanalında yayımlanan "Carçı verilişinin aparıcısı Könül Məmmədova tələffüzü zamanı "Qəzaya [qəzıya], "Uğrayan [uğruyan], Tovuz, "Tavuz [To:uz], "adlarla [addarnan], "Bu dəyqələrdə [dəqiqələrdə], "vertual [virtual] və s. kimi səhvlər edir.

"Carçı verilişinin aparıcısı Alidə Mustafayeva tələffüzü zamanı "hörmətli [hörmətdi], "Azərbaycanla [Azərbaycannan], "əməliyyatlar [əməliyatdar] və s. kimi səhvlər edir.

"Carçı verilişinin aparıcısı Röya Bənənyarlı tələffüzü zamanı "yüzlərlə [yüzdərnən], "yerli [yerri], "hazırlandığını [hazırrandığını], "Tehranla [Tehrannan] və s. kimi səhvlər edir.

"Carçı verilişinin aparıcısı Nigar Sabirqızı tələffüzü zamanı "etməklə [etməxʹnən], "Xameneynin" [Xamneyinin], "mümkünlüyünü [mümkünnüyünü], "günlər [günnən], "xəstəxanalara [xəsdəxanalara], "ölümlə [ölümnən], "çempionlar [çempiyonnar], "olacaq [olacax], "ünvanlı [ünvannı] və s. kimi səhvlər edir.

"Carçı verilişinin aparıcısı Ramiz İdrisoğlu tələffüzü zamanı "ştatlarına [ştatdarına], "gərginləşən [gərginnəşən], "rəhbərliyi [rəhbərriyi], "növbəti [nö:bəti] və s. kimi səhvlər edir.

"Carçı verilişinin aparıcısı Zümrüd Şahova tələffüzü zamanı "Ramiz Əliv [Əliyev], "görənləri [görənnəri], "məktəbə [məxʹtəbə], "müraciət etməklə [etməxʹnən], "dərslikləri [dərsdixʹləri], "həyətya:nı [həyətyanı] və s. kimi səhvlər edir.

"İdman verilişinin aparıcısı Sevinc Eminzadə tələffüzü zamanı "sonra [so:ra], "sloqanda [sloqanda. ], "bağışlamayıblar [bağışdamıyıplar], "qadınlardan [qadınnardan], "Bolqarıstanın [Balqarıstanın] və s. kimi səhvlər edir.

"Xəzər televiziya kanalında yayımlanan "Xəzər Xəbər verilişinin aparıcısı Azər Teymurlu tələffüzü zamanı "a:çıx [açıx], "piyada [piya:da], "Zaqulğba [Zuğulba], "Ve:lən [verilən] və s. kimi səhvlər edir.

"Xəzər Xəbər verilişinin aparıcısı Günel Qədimova tələffüzü zamanı "Bəsər Əsəd [Bəşər], "zolaqına [zolağına], "davasına [da:vasına] və s. kimi səhvlər edir.

"ARB televiziya kanalında yayımlanan "ARB Xəbər verilişinin aparıcısı Vüsalə Camal tələffüzü zamanı "ordğen [orden], "böyük Ağa [Böyükağa], "odur ki [odu], "dəyirli [dəyərli], "sujetimizdə [süjetimizdə], "ekalagiya [ekologiya], "tədbirrar [tədbirrər] və s. kimi səhvlər edir.

"Ölkə xəbər verilişinin aparıcısı Zülfiyyə Telmanqızı tələffüzü zamanı "xəbərlərin [xəbərrərin], "sujeti [süjeti], "müvaffik [müva:fik], "edır [edir], "ıstıqamətdərə [istiqamətdərə], "sərnışın [sərnişin], "bə:s [bəs], "mühütü [mühiti] və s. kimi səhvlər edir.