Müğənni Beyons "Global Citizen Festival: Mandela 100" adlı musiqi festivalında səhnə alıb.
Unikal.org xarici mediaya istinadən xəbər verir ki, ifaçı səhnədə Ed Şiranla duet oxuyub. Beyonsun geyindiyi geyim isə sosial mediada lağa qoyulub.
Belə ki, çəhrayı libasda olan sənətçini sosial şəbəkə istifadəçilərinin bəzisi moruğa, bəzisi isə tovuz quşuna bənzədib.