Açıq şəkildə bir çox qidalar satılır. Bunların sırasında ən çox peraşki, bulkular, simitlər yer alır.
Unikal.org bildirir ki, açıq havada bir çox
mikrob vardır. Bunlar da tozla birləşərək asanlıqla yayıla bilir.
Xüsusilə də havaların istiləşdiyi zamanlarda belə qidalardan istifadə
xüsusilə təhlükəlidir.
Açıqda satılan yeyəcəklər sadəcə mikrob və bakteriya ilə deyil, quşlar,
ağcaqanadlar, pişik, itlər vasitəsilə mikroblar daha sürətlə yayılır.
Belə qidalarla qidalanmaq, qusma, qarın ağrısı, ishal, bulantı kimi
xəstəliklərə rahatlıqla yoluxa bilərlər.
Mütəxəssislər belə yeyəcəklərin hətta zəhərlənməyə səbəb ola biləcəyini vurğulayırlar.
Bu qidaların ləğvi barədə xüsusi qanun qəbul edilməsə də tövsiyə də edilmir.
Qapalı məkanlarda isə işləyən işçilərin əlcəkli olub-olmadığına diqqət
yetirmək vacibdir. Belə ki, natəmiz əllərlə qida hazırlamaq ikiqat
xəstəliyə səbəb yaradır. Mədə-bağırsaq sistemi pozularaq yüksək
qızdırmaya, ağrılara yol aça bilər.
Nəzərinizə çatdıraq ki belə hallarda uzunmüddətli müalicəyə ehtiyac olur.(immunitet.az)