Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə “Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yenidənqurma işlərinə başlanılıb.
İcra hakimiyyətindən Unikal.org-a verilən məlumta görə, hazırda aparılan söküntü işləri çərçivəsində park yenidən qurulacaq:
Bildirilib ki, ərazidə müəyyən sayda yeni və müasir obyektlər salınacaq. Bunlar əsasən istirahət guşələri, uşaqlar üçün əyləncəli oyun zalları, çayxanalardan ibarət olacaq.
Qeyd edək ki, söküntü işlərininə Bakı şəhər mənzil-kommunal təsərrüfatının texnikası və canlı qüvvəsi cəlb edilib. Bu isə orada yerləşən obyekt sahiblərinin ciddi narazılığına səbəb olub.
FOTO: Zaur Səfərov
Müxbir: Famil Fərhadoğlu