"Acımı, dərdimi heç kimlə bölüşmürəm. Niyə iztirabımı, problemimi sənin çiyninə yükləyim? Bu, mənim fikrimdir".
Unikal.org-un məlumatına görə, bu sözləri xakq artisti Nazpəri Dostəliyeva "Şou ATV" verilişində deyib. Xalq artisti Nazpəri Dostəliyeva həyatına qəst etmək istəyib. “Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni “Şou ATV” proqramına qonaq olarkən deyib. O, uzun müddət bundan əvvəl özünü dənizə ataraq öldürmək istədiyini qeyd edib:
“Ona görə də heç vaxt acım kimləsə paylaşmamışam. Elə günlərim olub ki, bulvara gedib, özümü dənizə atmaq istəmişəm. Amma düşünmüşəm ki, yox, bu qədərmi iradəsi zəif insanam? Dözəcəm, bircə Allaha əlimi uzadaraq səbr diləmişəm. Allah səbr verdikcə, gözəl gün gəlir və əhvalım gözəlləşir”.