Gəncədə naməlum avtomobil piyadanı vurub.
Unikal.org Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Bakı istiqamətindən girişində qeydə alınıb.
Hələlik şəxsiyyəti bilinməyən qadın yaralı vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının (TTYX) travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.