Keçmiş milli futbolçu Emre Aşıkın həyat yoldaşı Yağmur Aşıkına qarşı açdığı boşanma məhkəməsi qalmaqala səbəb olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, amma Yağmur ərinin məhkəmədəki protokoluna qarşı çıxıb. Məhkəmə Emrenin 10 min lirə və 3 uşağı üçün 5 min lirə olmaqla, ümumilikdə 25 min lirə (təxminən 7 min manat) ödəməsini istəyib.
Aşık 6 illik arvadı Yağmura bu qədər pul ödəməkdən imtina edib. Aşıkın vəkili onun maddi sıxıntı çəkdiyini, pulun yetərli olmadığını bildirib. O, keçmiş arvadının Emredən 20 min lirə, hər uşağına isə 5 min lirə istədiyi iddiasını irəlu sürüb. Amma qadının iddiası qəbul edilməyib.