Türkiyənin məşhur müğənniləri – İbrahim Tatlısəs, Sərdar Ortac, Doğuş və Bülent Ərsoy keçmişdə həbs olunmalarının səbəbləri açıqlanıb.
Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, onların həbs olunması aşağıdakı səbəblərlə bağlıdır.
İbrahim Tatlıses 1987-ci ildə İzmirdə film çəkib. O, filmin bəzi səhnələrini İzmir Sərgisi daxilində çəkməyə cəhd edib. Çəkiliş üçün hər hansı bir icazə sənədi olmayıb. Buna baxmayaraq İbrahim Tatlısəs və çəkiliş qrupunu sərgiyə daxil olmaya cəhd ediblər. Bu zaman polis zabiti ilə mübahisə edən Tatlısəs hüquq-mühafizə orqanlarının əməkdaşlarını təhqir etmə maddəsi ilə həbs olunub. O, sözügedən hadisəyə görə, 16 gün Buca həbsxanasında yatıb.
1999-cu ildə Türkiyədə daha böyük məşhurluğa malik olan Sərdar Ortac əsgərlik xidmətindən yayındığı üçün Mamak əsgərlik həbsxanasında 2 ay həbs yatıb.
Bülent Ersoy, 1980-ci ildə evinə girən hakimi təhqir etdiyinə görə, 45 gün İzmir Buca Həbsxanada saxlanılıb.
Son dövürlər keçmişinə dair açıqlamalar verən Doğuş 1.9 il həbs cəzası alıb. O, 1993-cü ildə təcavüzkarlıqda günahlandırılaraq 1 il 9 ay həbs cəzasına məhkum edilib. Doğuş Bayrampaşa həbsxanasında 4 ay həbs yatdıqdan sonra, təcavüz etdiyi deyilən Pınar Çankırla evlənib. Müğənni bundan sonra həbsdən azad edilib.