Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova 2 ay əvvəl ana olub. 

Unikal.org axşam.az-a istinadən xəbər verir ki, ifaçı bir müddət əvvəl verdiyi açıqlamada hamilə olduğu üçün çox kilo aldığını vurğulayıb. 

Sosial media paylaşımlarına davam edən Rəqsanənin doğumdan 2 ay keçməsinə baxmayaraq bu qədər arıqlaması diqqətdən qaçmayıb. 

R.İsmayılova az vaxtda tez çəki atması haqda bu sözləri yazıb:


“Mən ümumiyyətlə fotoşopdan istifadə edə bilmirəm. Şəkillərim çox nadir hallarda təmizlənir. Onu da mən bacarmıram. Ana olduqdan sonra korser istifadə edirəm. Yemək yeməyi də dayandırmışam. Yalnız su və meyvə ilə qidalanıram.

Lakin tək ac qalmaq arıqlamağa kömək etmir. Həm də 7 ildən çoxdur dərmandan istifadə edirəm. Hamilə olanda dərman istifadəsini dayandırdım. Amma indi yenə davam edirəm. 

Belə çəki atmağım hər kəsi şoka salıb. Ana olduqdan sonra 2 aya belə arıqlamaq möcüzədir. 

Bu arada vaxtınız olanda həftədə bir dəfə idman edin. Arıq olmaq piylərdən xilas olmaqdır. Kök olmağın kiməsə xeyir etməsini görməmişəm. Bir də hamilə qadının kökəlməsi normal haldır.Təki hər bir qadının başına gəlsin”.

Qeyd edək ki, müğənninin əkiz övladları doğulub. Rəqsanə qızına Mehrimah, oğluna isə Muhamməd adını verib.