Bərdə rayonunda cinayət hadisəsi hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Qarabağ qəsəbəsində Elvin adlı şəxs küçənin ortasında anası Aybənizə boyun və qarın nahiyələrindən bir neçə bıçaq zərbəsi endirib.

Ağır xəsarət alan qadın xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı rayon Polis şöbəsində araşdırma aparılır.

xxx

Bərdə rayonunda oğulun anasını bıçaqlamasının səbəbi məlum olub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisəyə 48 yaşlı Aybəniz Vəliyevanın ikinci dəfə ailə həyatı qurmaq istəməsi səbəb olub. Qadının buna qarşı çıxan övladı anasının istəyinə ehtiraz edib. Anası ilə küçədə mübahisə edən Telman Əhmədov qadına 11 bıçaq xəsarəti yetirib. T.Əhmədov hadisədən sonra polisə könüllü təslim olub.

A.Vəliyeva əvvəlcə xəstəxananın Cərrahiyyə şöbəsinə, əməliyyat olduqdan sonra isə Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır qiymətləndirir.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.