Mingəçevir şəhərində 1966-ci il təvəllüdlü Əhmədov Elşən Zülfüqar oğlunun mənzilində meyiti tapılıb.
FHN-dən Unikal.org-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalmışdır. Çağırış ünvanına cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açmış və orada aşkarlanan 1966-ci il təvəllüdlü Əhmədov Elşən Zülfüqar oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatmışdır.