Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin növbəti efir günü baş tutub.
Unikal.org-un məlumatına görə, “Hind kinosu” adlanan yarışma 14 iştirakçının mübarizəsi ilə davam edib. İştirakçılar bu dəfə aktrisa Nərgiz Əliyevanı SMS səsverməsinə çıxarıblar.
Nərgiz Əliyeva hədəfinin 17-ci sürətin "Anakonda"sı hesab olunan şairə Nazilə Səfərli ilə mübarizə apardığını bildirib. O açıq oynadığını bəyan edərək, şouda qalarsa Nazilə Səfərlini oyundan kənarlaşdıracağını deyib.
Nərgiz Əliyevanın şairə xanıma qarşı mübarizəsinin səbəbi isə efirə verilən sujetdən bəlli oldu. Demə Nazilə Səfərlinin "mini yubkalı" qızlar ifadəsi şoudakı qızların bəzilərinin, o cümlədən də Nərgiz Əliyevanın xətrinə dəyib.
Nəticədə N. Əliyeva 45,90 % səs toplayaraq şounu tərk edib.