Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən İlqar Aslanovla bağlı  məhkəmə yekunlaşıb. 

Unikal.org-un qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə qərar çıxarılıb. 

Belə ki, İ. Abbasovun cinayəti anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlinib. Onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə qərar verilib.   

İttihama görə, İ.Aslanov həyat yoldaşı Nübar Aslanovanı mübahisə zəminində bıçaqlayıb.