İnsan alveri, yoxsa fahişəliyə cəlb?
11:31 18-09-2012
İQTİSADİYYAT
İnsan alveri, yoxsa fahişəliyə cəlb?
Qanunlar suala cavab tapa bilmir
Son illər insan alverinin Azərbaycanda ciddi problemə çevrilməsi reallıqdır və aparılan araşdırmalar göstərir ki, hazırda bu məsələ də iki ciddi problem var. Bunlardan biri odur ki, uzun illər Azərbaycan insan alverinin mərkəzinə çevrilib və Türkiyə,Səüdiyyə Ərəbistanı, Avropa Azərbaycana az qala yeni bazar kimi baxırdı. İllər boyu davam edən bu prosesin son bir neçə ildə qarşısı alınsa da yenə də məsələnin bir dəfəlik həll olunmasını demək mümkünsüzdür.
Amma bunu demək mümkündür ki, artıq peşəkar cinayətkar qruplar yoxdur və olanlarda müxtəlif mürəkkəb üsullardan istifadə edərək bu çirkin prosesi davam etdirirlər. Məsələn, aydın olur ki, son zamanlar insan alveri ilə məşğul olanlar hətta gənc xanımlara siyasi sığınacaq belə təşkil edir və lazımi ölkəyə çatdırılandan sonra onlardan bir neçə il istifadə edirlər. Ən gülməlisi isə budur ki, bu xanımlara erməni olmaları ilə bağlı saxta sənədlər düzəldilir və onlar Avropaya məhz erməni kimi aparılır. Bundan başqa Azərbaycanın yaşadığı başqa bir problem isə budur ki, Azərbaycan bu gündə tranzit ölkə kimi istifadə olunur və bunun qarşısının alınması kifayət qədər mürəkkəbdir. Məhz buna görə də ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanın adı ön sıralarda gedir və Azərbaycanın tranzit olkələr sırasından çıxması üçün yollar aranır.
İnsan alverinə haşiyyə
Bunu da qeyd edək ki, insan alveri yalnız qadınların istismarı ilə kifayətlənmir. Bununla yanaşı uşaq alveri, orqan satışı, qeyri-rəsmi miqrantların cəlb edilməsi də bu kateqoriyaya aiddir. Yeri gəlmişkən qeyd edək ki, son illər bəzi oliqarx-məmurlar əsasən asiya ölkələrindən yüzlərlə insanı qeyri-rəsmi şəkildə Azərbaycana cəlb edərək tikinti sektorunda istismar edirlər. Həmçinin bu günlərdə aparılan araşdırmalar sübut etdi ki, Azərbaycanda oqran alveridə kifayət qədər yayılıb və beynəlxalq səviyyəli cinayətkar təşkilatlar artıq Azərbaycanda bir sıra cinyətlər törədə biliblər. Bu haqda gələn saylarımızda daha geniş araşdırmaları nəzərinizə çatdıracağıq. İndi isə qayıdaq yuxarıdakı mövzuya.
Fahişəxanaların sayı artdı.
Xarici ölkələrə qadınların aparılmasının qarşısı kifayət qədər alındıqdan, ümumiyyətlə bəzi hallarda bunun mümkünsüzlüyü aydın olduqdan sonra cinayətkar qruplar yeni çıxış yolları tapdılar. Bu dəfə artıq söhbət hansısa xarici ölkəyə qadın aparmaqdan yox, elə ölkə daxilində bu işi təşkil etməkdən gedir. Bunun necə təşkil olunmasına toxunmamışdan öncə qeyd edək ki, ölkədə müxtəlif adlar altında təşkil olunan bu ocaqlarda istismar olunan qadınların haqqı aşağıdakı kimidir.
Bakı şəhərində elitar klublarda, şəhərin mərkəzində yerləşən məhdud saylı müştərilərin buraxıldığı yerlərdə qiymətlər 300-1500 manat arası dəyişir. Bunu da qeyd edək ki, belə mərkəzlərdə təkilf olunan qadınlar əsasən keçmiş modelyerlər, gənc müğənnilər olur. Adətən belə yerlərdə qadınlar sifarişlər əsasındə xüsusi yerlərə aaprılır və təhlükəsizliyə tam qarrantiya verilir. Bunu da qeyd edək ki, bu xidmətdən əsasən kifayət qədər imkanlı şəxslər istifadə edir.
Hətta əsasən Növxanı, Nardaran , Blgəh kimi yerlərdə səs-küylü gecə partilərinin təşkilində də bu imkanlardan yararlanırlar.
İkinci tərəfdən orta səviyyəli qiymət sahibləri də var ki, bunlarda da iş formatı kifayət qədər mürəkkəbdir. Gəlin ardıcıllıqla bu məsələyə də diqqət yetirək. Qadın alverini total şəkildə həyata keçirən müəyyən qruplarda var ki, onlar yuxarıda ki, təbəqədən fərqli olaraq təklif etdikləri qiymətlər aşağıdır və bu səbəbdən daha çox yayılıb. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bu cür yerlərdə qiymətlər 200 manatdan başlayır və minimal qiymətlər 25 manatda tamamlanır. Həmçinin bu obyektlərə özün hansısa qadınla gələ bilərsən. Amma yer haqqı olaraq bir neçə saata görə 20 manat ödəməlisən. İndi isə gəlin bu gün Bakıda və müəyyən rayonlarda ad çıxaran bu obyektlərlə tanış olaq.
1.Ağotel
2. Romi
3. Göyçə
4. Dalğa
5. Klear
6.Laza
7.Qugölü
8.Ağotel Afotel
9.Maral otel
10.Təşəbbüs restoranı
11.Neptun
12. "Aytac" sağlamalıq mərkəzi
13 "Grand" istirahət mərkəzi
14. "Mafia"
15. Dərnəgül bölgəsində heç bir adı olmayan 23 kafe, sauna
16. Saatlıda "Cənnət Bağı"
17.Anar kafesi
18.Səhər kafesi
19 . Nizami otel
Maraqlıdır, bəs hansı səbəbdən bu günə qədər adı çəkilən və çəkilməyən yüzlərlə bu cür obyektlər bağlanmır və ya insan alverini təşkil etməkdə ittiham olunaraq həbs olunmurlar?
Öncəliklə bunu qeyd edək ki, bu məsələ sadə göründüyü kimi deyil. Çün ki, Azərbaycanın mövcud qanunvericiliyində göstərilir ki, insan alveri o zaman şamil edilir ki, bu proses ölkə daxilindən kənarda olmalıdır, yəni sərhəd keçməklə bu proses baş verərsə həmin qrupu və ya şəxsi insan alveri maddəsi ilə məsuliyyətə cəlb etmək mümkün olar. Məhz bunu nəzərə alan mütəşəkkil dəstələr də hazırda ölkə daxilində bu cür xidmətlərin imkanlarını genişləndirməkdədirlər. Apardığımız araşdrımalar sübut edir ki, adı çəkilən və çəkilməyən bu obyektlər dəfələrlə hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb və müəyyən tədbirlər həyata keçirilib. Amma nəticə nəticəsizliklə sonunclanıb. Məsələn, adı çəkilən istirahət mərkəzlərindən biri olan Ağotel bir neçə dəfə bağlanılıb və lazımi ölçülər götürülüb. Həmin zaman aydın olub ki, adı çəkilən obyektin sahibi başqa şəxsdir və o, bu istirahət mərkəzini kimlərəsə qanuni şəkildə icarəyə verib. Həmin şəxs isə bu mərkəzi istirahət mərkəzdən başqa təyinatla istifadə edib. Amma fakt aşkarlanandan sonra icarəyə götürən şəxs kənarlaşıb və tamam başqa şəxs bu obyekti icarəyə götürüb. Əslində isə icarədar dəyişsə də ilkin icarədar yerində qalıb və o sadəcə kölgədə dayanıb. Apardığımız araşdırmalar sübut edir ki, əksər istirahət mərkəzləri məhz bu prinsiplərlə işləyir. Amma başqa maraqlı bir məqamda var. Araşdırmalar sübut edir ki, son zamanlar hüquq-mühafizə orqanlarının sistemli şəkildə bu obyektlərin sıradan çıxması üçün fəaliyyətə başlamasından sonra işbazlar yeni formalardan da yararlanırlar. Məsələn, bu obyektlərin sahiblərinin əksəriyyəti uzun illər hansısa dövlət orqanlarında çalışan şəxslərdir və bu gündə müəyyən dairələrlə əlaqələri var. Buna görə də icarədarlarla şərik olur və nəticə də himayədarlığı üzərlərinə götürürlər. Çox gülməli başqa bir fakt isə budur ki, son 2 ildə bu cür obyektlərə cəlb olunan qadınların təhlükəsizliklərini təmin etmək üçün həmin şəxslərə illərlə dərc olunmayan hansısa qəzetlərin müxbir vəsiqələri verilir və bununla da obyektlərə reydlər olan zaman əxlaqsız qadınlar məsuliyyətdən yayına bilirlər. Soruşula bilinər ki, bəs nədən ilk məqamda həbs olunan bu şəxslər qısa müddətdən sonra azadlığa çıxa bilirlər? Araşdırmalarımız təsdiqləyir ki, bu şəxslər insan alveri maddəsi ilə yox, fahişəliyə cəlb etmə maddəsi ilə məsuliyyətə cəlb olunur. Və həbs olunan qadınların böyük əksəriyyəti daha sonra aydın olur ki, həmin obyektdə xadimə, aşpaz köməkçisi və s. işdə çalışırlar. Və ya iddia olunur ki, həmin qadınlar müştəri ilə birlikdə gəlir və bundan obyekt hər hansı məsuliyyət daşımır. Bununla bağlı konkret faktları gələn sayımızda nəzərinizə çatdıracağıq. İndi isə ən aşağı kateqoriyadan hesab olunan təbəqəyə baxaq.
Araşdırmal sübut edir ki, bu olaylar bölgələrdə daha acınacaqlı vəziyyətdədir və günü-gündən də vəziyyət daha da ağırlaşır. Belə ki, bölgələrdə qadın alveri az qala adi hala çevrilib. Sosial problemlərin ağırlığından və digər səbəblərdən artıq 15 yaşda belə yeniyetmələrin fahişəliyə cəlb olunması adi hala çevrilib.
Hətta araşdırmalar sübut edir ki, qadınlar və ya gənc qızlar rayonlarda fəaliyyət göstərən bu cür obyektlərdə 10-25 manat arasında müştəriyə təklif edilir. Bununla yanaşı qeyd edək ki, son zamanlar nigahdan kənar ailə qurmaları və sonun uğursuzluqla tamamlanması, boşanma hallarının həddən artıq artması da qadın alverinə ciddi təsir edən amillərdəndir. Bunu da qeyd edək ki, son bir ildə gənc xanımların aldadılaraq bu prosesə cəlb olunmasında başqa metodlardan da istifadə edilir. Belə ki, Bakıda mütəlif işlərə cəlb etmə adı ilə rayonlardan gəc qızlar Bakıya cəlb edilir və nəticədə qısa müddətdən sonra onlar sadəcə olaraq bu cür obyektlərdə az qala əsir kimi fəaliyyət göstərirlər.
Bunu da qeyd edək ki, mövzu ile bağlı müxtəlif rəyləri, həmçinin daha konkrtet faktları gələn yazılarda nəzərinizə çatdıracağıq.
Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00