Bakı Avrasiya Universitetinin tələbəsi bıçaqlanıb.

Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yarım saat əvvəl baş verib.

Universitetin mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, hadisə universitet ərazisində baş verməyib: “Universitetin yanında olan qəbiristanlıqda tələbə bıçaqlanıb. O, yıxıla-yıxıla universitetə gəlib və təcili xəstəxanaya çatdırılıb. Hələlik adı məlum olmasa da, universitetin birinci kurs tələbəsidir”.