Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Bakıda və Daşkənddə filialları açılacaq.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. XİN rəhbəri hazırda bu istiqamətdə hazırlıq işlərinin aparıldığını deyib.

Lavrov hesab edir ki, MDBMİ-nin filiallarının yaradılması Rusiyanın MDB məkanında humanitar əlaqələrinin genişlənməsinə kömək edəcək.