Azərbaycan Dillər Universitetində Elmi Şuranın növbədənkənar və genişləndirilmiş iclası keçirilib. ADU-nun İctimaiyyətlə əlaqə Departamnetindən Unikal.org-a verilən məlumata görə, iclasda “Bir günlük xəlifə”lərin verdikləri qərarlar müzakirə olunub.
Universitetin rektoru akademik Kamal Abdulla layihənin mahiyyətindən danışıb və hər kəsə təşəkkürünü bildirib: “Layihənin uğurla keçirilməsi tələbə-müəllim münasibətlərinin yüksələn xətlə inkişaf etməsinin göstəricisi, tələbələrin fəallığı ictimai şüurun yüksək səviyyəsinin bariz nümunəsidir. Tələbələrin vətəndaş kimi yetişməsində ailə ilə yanaşı Azərbaycan Dillər Universitetinin də rolu var. Biz bu istiqamətlə əlimizdən gələni edirik. “Bir günlük xəlifə” layihəsi də bu istiqamətdə atılan son dərəcə mühüm addımlardan biridir”.
Daha sonra xəlifə-rektor Salman Quliyev iclasda hesabat verib, verdikləri qəraları səsləndirib. O, qeyd edib ki, vəzifə kənardan göründüyü kimi asan deyil, onun ağırlığını və məsuliyyətini ancaq həmin vəzifənin icraçısı olan zaman anlamaq olar.
Sonda xəlfələrin bütün qərarları müzakirə olunub və Elmi Şura tərəfindən təsdiqlənib.