Unikal.org “Kristal Abşeron”un son zamanlar inşaat sektorunda istifadə olunan armaturun keyfiyyəti ilə bağlı yazılan xəbərlərdən yola çıxaraq mövzu ilə bağlı araşdırmasının nəticələrini oxucularımıza təqdim edir.
Araşdırma yazıda xüsusi ilə qeyd edilən “Paşa İnşaat”ın sifarişi ilə podratçı şirkətlərin inşa etməkdə olduğu qaçqın və məcburi köçkün ailələri üçün nəzərdə tutulan Qobu Park və Pirallahı yaşayış komplekslərinin inşasında istifadə edilən armatur materialının keyfiyyətinin yoxlanılması ilə başladıq.
Araşdırma zamanı müəyyən edildi ki, qeyd edilən layihələrdə istifadə üçün 2017-2018-ci illər üzrə Rusiya Federasiyasına məxsus Novokuznetsk şəhərindəki “Evraz” və Çelyabinsk şəhərindəki “Meçel” metallurgiya zavodlarından 12300 ton A-500 markalı armatur idxal edilmişdir.
Bununla yanaşı qeyd edilən illər ərzində layihələri icra edən podratçı şirkətlər “Baku Steel Company” MMC-dən 3690 ton armatur materialı alışı etmişdir. Alınmış materialların keyfiyyəti və standartlara uyğunluğunun yoxlanılması məqsədilə FHN-in müvafiq qurumları tərəfindən müxtəlif tarixlərdə material nümunələri götürülərək S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyasında yoxlanılmış və laboratoriya nəticələri podratçı şirkətlərə təqdim edilmişdir. Bu tip yoxlamanın sonuncusu 12.12.2018-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aparılmış, nəticələri isə 18.12.2018ci il tarixdən podratçı şirkətə təqdim edilmişdir. (Laboratoriya yoxlama nəticələri araşdırmamıza əlavə edilir).
S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyanın təqdim etdiyi nəticələrə tərəfimizdən baxış keçirildi, məlum oldu ki qeyd edilən layihələrdə istifadə edilən armatur materialları tələb edilən qayda və normalara tam uyğundur, inşaat zamanı heç bir əlavə ölkənin və ya sexlərin keyfiyyətsiz və tələblərə cavab verməyən materiallarından istifadə edilməmişdir.