“Kainat gözəli 2013” filippinli Bi Santiaqo arıqlamaq istidəyi halda, həyatının faciəsini yaşayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 28 yaşlı model özü məlumat verib. O, İnstaqram səhifəsində böyrək çatışmazlığından əziyyət çəkdiyini və hazırda dialez aparatına qoşulduğunu söyləyib.
Bi bildirib ki, o, çəki atmaq üçün idmanla məşğul olub, idmandan öncə isə müxtəlif arıqlama dərmanları istifadə edib. Bu da onun böyrəyinin sıradan çıxmasına gətirib çıxarıb.
Santiaqo hesabında böyrək axtardığını qeyd edib. O, eyni zamanda arıqlamaq istəyənləri bu cür vasitələrdən uzaq olmağa səsləyib.