Müğənni Sibel Can ötən gün azərbaycanlı iş adamı Mübariz Mənsimovun ev sahibliyi etdiyi tədbirdə çıxış edib.
Unikal.org xəbər verir ki, gecədə Bülent Eczacıbaşı, Fikret Orman, Orhan Gencebay, Hülya Avşar, Mahsun-Ece Kırmızıgül kimi tanınmış simalar da yer alıb.
Mərasimin ən maraqlı anı isə 12 ildir ifaçılıq sənətindən uzaq olan Mahsunun səhnəyə çıxması olub.
Sibel Canın dəvəti ilə səhnədə olan Kırmızıgül onunla bərabər ""Mihriban" mahnısını oxuyub. Mahsun "12 ilir səhnəyə çıxmıram, bir az çətinlik çəkirəm, bərabər oxuyaq" deyərək mahnını Sibellə birlikdə səsləndirib.