Müğənni Tacir Şahmalıoğlu 3 il əvvəl dünyasını dəyişən qardaşının övladlarını görə bilmir. 

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, o bildirib ki, gəlinləri uşaqları qaçırdıb. Bu haqda Şahmalıoğlu "Olduğu kimi" verilişində deyib. İfaçının anası aparıcı Zaur Nəbioğlunun "Düzdür ki, 4 aydır qardaşın uşaqlarını görə bilmirsən" sualına belə cavab verib:

"Gəlin uşaqları məndən qaçırdıb. Ona heç nə etməmişəm. Mənim kimi qayınana heç harda yoxdur. Uşaqlar da ki, mənim can-ciyərlərimdir". 

Verilişin yaradıcı heyəti gəlinlə əlaqə saxlayıb. O isə Tacirdən maddi və mənəvi dəstək almadıqlarını bildirib, yalan danışdıqlarını deyib.
 
Tacir isə gəlinin sözlərinə belə münasibət bildirib:

"Hər bir ailədə mübahisə olur. Mən hər vaxt o uşaqların arxasında dayanacam. O, uşaqları göstərsə də, göstərməsə də. Mən bilirəm ki, o uşaqlar böyüyəndən sonra əmisinə ehtiyacları olacaq. İmkan olduqca biz 3 qardaş heç öz balalarımıza etmədiklərimizi onlara etmişik və edəcəyik də. Amma lənət şeytana ... Bu, çox belə çəkməz. O da bunu başa düşəcək. Mən onu da başa düşürəm. O insanın ailəsi dağılıb da. O durduğu yerdə uşaqlarının atasını, evinin başçısını itirdi".
 
Qeyd edək ki, müğənninin qardaşı Mahir Allahverdiyev dənizdə boğularaq dünyasını dəyişib.