Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinat olub. 

Unikal.org bildirir ki, Report-un əldə etdiyi məlumata görə, AMB sədri Elman Rüstəmov Əliyar Məmmədyarovu özünə müşavir təyin edib.

AMB sədrinin digər müşaviri isə Abdulla Məlikaslanovdur.

Qeyd edək ki, Ə.Məmmədyarov bundan əvvəl AMB-nin ləğv edilmiş Kredit təşkilatlarının fəaliyyətinə Nəzarət Departamentinin direktoru olub. Departamentin ləğvinə səbəb isə onun funksiyalarının Maliyyə Bazarlarına Nəzarət Palatasına keçməsidir.