Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu “Maşın Şou”nun 17-ci sürətinin növbəti efir günü baş tutub.
Unikal.org-un məlumatına görə, “Hind kinosu” adlanan yarışma 8 iştirakçının mübarizəsi ilə davam edib. Bu dəfə SMS səsverməsində maraqlı anlar yaşanıb. Yarışmada dostlar qaldığına görə bütün iştirakçılar bir-birilərinin şəklini atıblar. Ona görə də, hədəf olaraq heç kimi səsverməyə çıxarmaq mümkün olmayıb. Bu səbəbdən gün ərzində iştirakçılara göndərilən səslərə müraciət olunub. Məlum olub ki, müğənni Samir Cavadzadəyə gün ərzində heç səs göndərilməyib. Ona görə də SMS səsverməsinə o çıxarılıb.
O, maşın ətrafında ancaq dostlar qaldığından hədəfini açıqlamaqda çəıtinlik çəkib.
O hədəf isə Samir özü oldu. 39 faiz səs toplayan Samir Cavadzadə şounu tərk etdi.