Rusiyanın Təhlükəsizlik Xidmətinin əməkdaşları İrkutsk şəhərində fırıldaqçılığa görə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, saxlanılan şəxs 38 yaşlı istefada olan hərbçidir. Saxlanılan şəxsin Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi və üç il bundan əvvəl əsas vəzifəsindən istefa verdiyi müəyyən edilib.

Respublikanın hüquq-mühafizə orqanları onun barəsində fırıldaqçılıq faktı ilə əlaqədar cinayət işi açıblar.

Hazırda 38 yaşlı azərbaycanlının həbs olunub, Bakıya ekstradisiyası məsələsi müzakirə edilir. 

Keçmiş hərbçi haqqındakı ittihamları rədd edir.