Azərbaycanda televiziya aparıcısına çəngəllə xəsarət yetirilib.
Unikal.org report-a istinadən xəbərinə görə, “Dünya” TV-nin (DTV) aparıcısı Humay Muxtarova polisə şikayət edərək, dekabr ayının 22-də Nəsimi rayonu ərazisində yerləşən restoranlardan birində Vaqif adlı tanışı ilə birlikdə olan zaman həmin şəxsin ona hücum etdiyini və çəngəllə xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.