Prodüser Toliklə müğənni Təranə Qumral arasında insident yaşanıb.
Unikal.org yenicag-a istinadən xəbər verir ki, qalmaqal “Hər şey daxil” verilişinin bayram çəkilişi zamanı baş verib.
Təranə Qumral mahnı oxuduqdan sonra Tolik onun studiyadan getməsini istəyib. O, isə “Sən kimsən?” deyə aparıcıya etirazını bildirərək oturduğu yerdən tərpənməyib. Tolik “Mən verilişin aparıcısıyam, göstərişi mən verirəm” deyərək Qumrala əsəbiləşib.
Sonra o, mühafizəçi çağırıb. Onlar Təranə Qumralı telekanaldan çıxarıb. Qumral da onu təhqir edə-edə studiyanı tərk edib.