Bakıda gənc oğlan küçədə bıçaqlanıb. Hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Unikal.org trend-ə istinadən rayon sakini, 1994-cü il təvəllüdlü Tanrıverdiyev Rəhim Rauf oğlu kürək nahiyəsindən bıçaq zərbəsi alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılıb və əməliyyat olunub. 

Hadisənin kim tərəfindən və nə məqsədlə törədildiyi məlum deyil. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.