Xəbər verdiyimiz kimi xalq artisti Ramiz Əzizbəyli artıq bir neçə gündür xəstəxanada həkim nəzarətindədir.
Unikal.org-un məlumatına görə aktyorun ailəsi Open.az-a Əzizbəylinin səhhəti haqda açıqlama verib.
"Onun ölüm xəbərini yaydılar. Lakin xahiş edirik, bu məsələyə biraz həssas yanaşaq. Şükürlər olsun ki, Ramiz bəy nəfəs alıb-verir. Amma səhhəti kritikdir. 99 faiz onun ayağı kəsiləcək. Barmağında yavaş-yavaş qanqrena başlayıb. Ona görə də klinikaya gətirdik. Məlum oldu ki, damarları 80 faizdən çox tıxanıb", - deyə kürəkəni bildirib.