Almaniya Bundestaqının 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınması haqqında qətnaməni qəbul etməsi utandırıcıdır.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, antitürk qətnaməsinin qəbul edilməsi əsassızdır: "Almaniya 1915-ci il hadisələri barədə həqiqəti bilmək istəyirsə, həmin hadisələri öyrənmək üçün birgə komissiya yaratmağa çağırmalıdır".