Honq-Konqlu ulduz aktyor ŞouYun-Fat 722 milyon dollarlıq sərvətini xeyriyyəçilik qurumlarına bağışlayacağını açıqlayıb.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, “Pələng və Əjdaha” filimiylə məşhurlaşan aktyor açıqlamasında belə deyib:
“Pul sonsuza qədər sahib olacağın bir şey deyil. Siz öldüyünüzdə başqalarına baöışlamanız gərəkdir. Öldükdən sonra bank hesabınızdakı pulun dəyəri yoxdur”.
63 yaşlı Şou Yun-fat tez-tez küçə satıcılarından yemək alıb yeyir və daha çox avtobusdan istifadə edir.
Şou “Forbes”in 2015-ci ilindəki buraxılışında “ən çox qazanan aktyorlar” siyahısında yer almışdı.