Xəbər verdiyimiz kimi, ötən gün media nümayəndələri ölkənin ən reytinqli verilişi olan "Maşın Şou"da qonaq olub.
Unikal.org xəbər verir ki, açıq-saçıq geyimləri ilə daim müzakirə mövzusuna çevrilən "Eurovision" təmsilçimiz Səmra Rəhimli BiG.AZ -ın suallarını olaraq cavablandırıb:
- Fikrinizcə, qalib kim olacaq və özünüzə rəqib kimi görürsünüz?
- Çox çətin sualdır. Çünki burda hadisələr düşündüyümüz kimi irəliləmir. Burda elə adamlar var idi ki, elə bilirdim 100 faiz finalda olacaqlar. Amma elə olmadı. Ona görə də bu suala cavab vermək çətindir. Zənnimcə, "Maşın şou"da ağıla gəlməyən şeylər baş verir. Burda hər şey fors-major olur. Hədəfimi hələ ki bilmirəm, amma bu, Dilarə olmayacaq. Gözləyirəm ki əlimdə fakt olsun, daha sonra qərar verim. Bu, təkcə oyunda deyil, şəxsi həyatımda da belədir.
- Oyundan çox geyimləriniz müzakirə mövzusudur. Bu sizi narahat etmir?
- Əslində, mən elə düşünürdüm ki, "Maşın Şou"da bağlı geyinirəm. Reklam fasiləsi zamanı bir foto çəkilib, sosial şəbəkələrdə yayılmışdı. O fotonu çəkən adam hazırda burda yoxdur, olmamalı da idi... Biz oyun ərzində çox yoruluruq, maşına söykəndiyim anda fotonu çəkib. Bu düzgün deyil. Narahatlığa qaldıqda isə, sizcə, bu birinci dəfədir? (Gülür) Yox-yox, heç vaxt vecimə olmayıb, doğrudan gülürəm, deyirəm aaa nə yaxşı... Stressə düşmürəm, əsəb keçirmirəm, nə yazırlar yazsınlar".
- Maşını udsaz özünüzə qalacaq?
- Əlbəttə, başqasına vermək imkanım yoxdur. Onsuz da maşınım yoxdur, özüm sürəcəm".