Xəbər verdiyimiz kimi, Almaniya Bundestaqı qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib. Bu qərardan sonra ermənilər Almaniya parlamentinin binası qarşısına yığışıblar.
Unikal.org xəbər verir ki, bina qarşısında rəqs edən ermənilər azərbaycanlı bəstəkar Fikrət Əmirovun "Qarabağ" musiqisi sədaları altında "Yallı" oynayıblar. Azərbaycan musiqisini milli musiqiləri kimi təqdim edən ermənilər Bundestaqın qondarma erməni "soyqırımı" ilə bağlı qərarını bayram ediblər.
Qeyd edək ki, sözügedən qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması" adlanır. Almaniya Bundestaqında baş tutan səsvermədə kansler Angela Merkel qatılmayıb.