Mardin şəhərinin Nusaybin vilayətində terrorçular növbəti partlayış törədiblər.

Unikal.org Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Nusaybinin Fırat məhəlləsində əməliyyat aparan təhlükəsizlik qüvvələri yoldan keçərkən terrorçuların öncədən quraşdırdığı bomba partlayıb. Hadisə nəticəsində 2 əsgər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Nusaybində əməliyyat davam etdirilir.