"Hind kinosu" devizi altında "Maşın" realiti şounun növbəti buraxılışı yayımlanıb.
Unikal.org xəbər verir ki, şounun 13-ci günündə səsverməyə müğənni Səmra Rəhimli çıxıb. O, 79,06 faiz səs toplayaraq aparıcı Xose Bernardonu şoudan kənarlaşdırıb.
Qeyd edək ki, hazırda şouda 4 iştirakçı mübarizəni davam etdirir. Bunlar müğənni Səmra Rəhimli, aparıcı Ranar Musayev, aktrisa Xəyalə Quliyeva və aktyor Sərxan Kərəmoğludur.