Bakıda kütləvi dava baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

Kütləvi dava rayonun Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsində naməlum şəxslər arasında olub.

Dava nəticəsində Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Səfərli Ülvi Mahir oğlu bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb, hadisə iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.