Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer Bundestaqın uydurma "erməni soyqırımına" dair qərarının Ankara-Berlin münasibətlərinin gərginləşdirməyəcəyinə ümid etdiyini bildirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya XİN-in mətbuat xidməti bildirib.
"Bu Almaniya Bundestaqının müstəqil qərarıdır. Türkiyə buna gözlənildiyi kimi reaksiya verdi və mən ümid edirəm ki, yaxın günlər və həftələr ərzində biz münasibətlərimizi elə bir yöndə quracağıq ki, kəskin reaksiyalar verilməsin", - deyə nazir qeyd edib.
Qeyd edək ki, Frank-Valter Ştaynmayer hazırda Argentinada rəsmi səfərdədir.
Xatırladaq ki, Almaniya Bundestaqı bu gün uydurma "erməni soyqırımı"nın tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib.