Sevgilisi aktyor Ahmet Kural tərəfindən döyüldüyünü iddia edərək mətbuatın düşən müğənni Sıla Gençoğlu haqqında çıxan "lezbiyan" iddiasına cavab verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, o verdiyi müsahibədə cinsi seçimiylə bağlı sualı da cavablandırıb əlaqədar suala cavab verib: 

“Hər halda bu söz-söhbətlər bir az dikbaş  və güclü bir qadın olduğum üçündür. Mən nə isə qazana bilmək üçün münasibət qurmuram. Hansısa hədəfə çatmaq üçün kiminləsə münasibət qurarlar, bax mən onlardan deyiləm. İnsanlar Sıla deyə bir qadını 12 ildir tanyır. "Solo layihə" olaraq həyatdayam və yaşayıram.  Dediyim şeylərə müraciət etməyə ehtiyacım olmayıb. Mən onsuz da mahnılarını yazan, yazdığı və etdiyi işləri  paylaşan biriyəm. Alqışım da ortadadır. Dedi-qodular mənim vecimə də deyil. Lezbiyan olsam çıxıb deyərdim. Hər şeyi açıq deyən qadın bunu söyləyə bilməz? Hər yerdən qaralamağa çalışırlar. Bizdə uğur qazanan şəxslər sevilmir, bu da qadınları ləkələmə üsullarından biridir".

Döyülmənin xəyanətə görə olması iddialarına cavab verən Sıla "Nə olarsa olsun heç kim belə bir davranışı haqq etmir. Bu xəyanət görə deyil. Biri sənə xəyanət edərsə də belə davranış sərgiləyə bilməzsən. Onsuz da ortada xəyanət və hər hansı bir əxlaqsızıq yoxdur. Bu davranış qəbul edilməzdir” deyə bildirib.