İyunun 2-də Almaniya parlamentində qəbul edilmiş "erməni soyqırımı" haqda qətnamə hazırda Türkiyə və Azərbaycan mediasında əsas xəbər kimi müzakirə olunur. Hər iki türk cümhuriyyətində Almaniya Bundestaqının qəbul etdiyi bu sənəd ciddi etirazlara səbəb olub.
Unikal.org bildirir ki, Almaniyanın Türkiyəyə qarşı atdığı bu addım ən müxtəlif tərəflərdən müzakirə mövzusuna çevrilib.
Xatırladaq ki, Türkiyəyə qarşı bölücülük siyasəti yürüdən və qardaş ölkədə vaxtaşırı qanlı terror aktları reallaşdıran PKK-nın qərbi Avropa ölkələri arasında ən çox dəstək aldığı Almaniya olduğu deyilir. Bu ölkənin PKK-ya həm siyasi, həm hərbi, həm maliyyə, həm də tibbi yardımlar etdiyinə dair indiyədək ciddi faktlar yazılıb, deyilib.
Türkiyənin məşhur "Kurtlar vadisi Pusu" serialında Almaniya-PKK münasibətləri haqda maraqlı epizodlar var. Serialda Günther Lipman rolu əslində Almaniya dövlətinin obrazıdır. Təqdim etdiyimiz videoda G.Lipmanla PKK-nın İstanbul nümayəndəliyinin rəhbəri Lale Zara arasında Türkiyəyə qarşı xain plan müzakirə olunur.