Kürdəmir rayonunda yanğın hadisəsi baş verib. 
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 21:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.