Bir qrup silahlı şəxs Nigeriyanın dövlət neft şirkəti NNPC-yə məxsus gəmiyə hücum edib.
Unikal.org-un məlumatına görə, bu haqda "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, silahlı şəxslərin kimliyi məlum deyil. Hücum zamanı ən azı 6 nəfər öldürülüb.
Hadisə silahlı qruplaşmaların əvvəllər də neft obyektlərinə hücum etdikləri Varri şəhərinin yaxınlığında baş verib.
Hələlik hücuma görə heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.