Zərdabda şəhər mərkəzində vəhşi heyvan sakinə hücüm edib
Unikal.org xəbər verir ki, hadisə axşam saatlarında rayonun Nizami küçəsində baş verib. Belə ki, rayon sakini Vüsal Rəhimov axşam saatlarında özünə məxsus videostudiyada iş gördüyü zaman ofisə tülkü girib.
Vəhşi heyvan ətrafdakı insanların köməyi ilə ərazidən uzaqlaşdırılıb.
Qeyd edək ki, son günlər Zərdabın mərkəzi küçələrinə hücum edən tülkülər ev quşlarını tələf edib. Vüsal Rəhimov bir neçə gün əvvəl tülkülərin onun fərdi təsərrüfatına hücum edərək 20-dən artıq toyuq-cücəni tələf etdiyini bildirib.
Zərdab rayonu Kür çayının sahilindəki meşə massivinə yaxın olduğundan vəhşi heyvanlar son günlər kəndlərlə yanaşı, hətta şəhər mərkəzində də tez-tez görünürlər.